Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
ABŞ bombalayarsa, İran bu ölkəyə hücum edəcək və... - İsrailli ekspertlər ŞOK SSENARİNİ AÇDI İsrail ABŞ-la İran arasındakı qarşıdurmada atəş ortasında qala bilər. Publika.az xəbər verir ki, bu barədə İsrailli şərhçilər açıqlama verib. Şərhçilər bildirir ki, ən pis ehtimalla İranın bölgədə dəstəklədiyi qruplarla baş verəcək ziddiyyətlər nəticəsində Təl-Əviv atəşin ortasında qalacaq. İsrailli ekspertlər bildirir ki, ABŞ-la İran arasında hərbi münaqişənin baş verməsi üçün çalışan İsrail bu məsələdə tərəf olmaq istəmir. İsrailli Yaxın Şərq üzrə şərhçi Avi İssaçarof bildirib ki, İran ABŞ-a baş verəcək hərbi qarşıdurmada Hizbullah, Həmas, İslami –Cihad kimi təşkilatlardan istifadə edərək İsraili hədəf alacağını bildirib: “ABŞ İrana hücum edərsə, İran buna qarşı addım atacaq. ABŞ və İsrail arasındakı münasibətlərin güclü olduğunu nəzərə alaraq ən asan qarşılığı isə İsraili vurmaq olacaq”.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR