Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

10-19 yaşlı insanlarda koronavirusun yayılma sürəti daha böyükdür - ARAŞDIRMA

Koronavirusun 10-19 yaşlı şəxslər arasında böyüklərdən daha sürətlə yayıldığı aşkar edilib.

“HaberGlobal” məlumat verir ki, yeni növ koronavirus daha kiçik yaşlı uşaqlara və yetkinlərə nisbətən 10-19 yaşlı şəxslər arasında aktiv şəkildə yayılır.

Cənubi Koreyada 5 706 koronavirus xəstəsi və onların əlaqə saxladığı 59 073 nəfər üzərində araşdırma aparılıb.

Ümumilikdə, evdə koronavirus xəstəsi ilə əlaqə quran insanların 11,8 faizinin nəticələrinin müsbət olduğu halda, 10-19 yaşlarında olan xəstələrdə bu nisbət 18,6 faiz təşkil edib.

Mütəxəssislər 10 yaşına çatmamış uşaqlarda COVID-19-a yoluxma nisbətinin ən aşağı olmasına baxmayaraq, məktəblər açılanda həmin göstəricinin dəyişə biləcəyini istisna etmirlər.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə