Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ukraynadan Rusiyanın Kurskla bağlı bəyanatına - Reaksiya

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Kursk vilayətini tam azad etməsi ilə bağlı bəyanatını təkzib edib.

Baş Qərargah bunun həqiqətə uyğun olmadığını bildirib.

“Rusiyanın ali komandanlığının nümayəndələrinin Kursk vilayəti ərazisində hərbi əməliyyatların başa çatması ilə bağlı bəyanatları həqiqətə uyğun deyil. Ukrayna Müdafiə Qüvvələrinin Kursk vilayətinin müəyyən ərazilərində müdafiə əməliyyatı davam edir”, - məlumatda vurğulanıb.

Xatırladaq ki, bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Kurskun tam azad olunması barədə Prezident Vladimir Putinə məruzə edib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə