Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
236 saylı məktəbdə möhtəşəm Zəfər Günü tədbiri keçirilib
Noyabrın 5-də məktəbin ibtidai sinif müəllimi Nəzakət Mansurovanın təşkilatçılığı ilə rəhbərlik etdiyi 1 "B" sinfi şagirdlərinin təqdimatında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xanlar İmaməliyev qeyd edib ki, “28 ildən artıq işğal altında qalan torpaqlarımız uğrunda gedən siyasi mübarizə 44 günlük Vətən müharibəsində hərb yolu ilə sona çatdırıldı və biz Qələbə qazandıq. Azərbaycanın nüfuzu anbaan artdı və onun nəyə qadir olduğu dünyaya bəyan edildi.
Tədbir şagirdlərin hazırladığı ədəbi-bədii proqramla davam edib.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə