Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Türkiyədə əməliyyat: 239 nəfər saxlanıldı


Türkiyədə hüquq-mühafizə orqanlarının əməkdaşları 22 vilayətdə genişmiqyaslı antiterror əməliyyatı keçirib.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, əməliyyat nəticəsində PKK ilə əlaqəsi olan 239 şübhəli şəxs saxlanılıb.

Keçirilən tədbirlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən odlu silah-sursat, o cümlədən külli miqdarda təşkilati sənədlər və rəqəmsal materiallar götürülüb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə