Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

50 min çinli Xankəndidə? Ermənilər rüsvay oldu

Erməni Teleqram kanalları Qarabağda yaranan ərzaq növbələri haqda paylaşım edib.

 Paylaşımda guya Qarabağda insanların çörək almaq üçün növbəyə dayanması və huşlarını itirərək yıxılması əks olunub.

“Faktyoxla Lab” araşdırma apararaq fotonun orijinal olub-olmadığını yoxlayıb.

Məlum olub ki, foto 2014-cü ildə “Röyters”in müxbiri tərəfindən çəkilib. Növbə isə Çinin Jenzou şəhərində tələbələr üçün təşkil olunan əmək yarmarkasında yaranıb.

Sözügedən yarmarkaya 50 minə yaxın tələbə qatılıb.

Bu fakt belə Qarabağdakı ermənilərin guya blokadaya alınması və səfalət içində yaşaması haqda iddiaların tam əsassız olduğunu göstərir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə