62 gün xəstəxanada qalıb koronavirusa qalib gəldi, amma...
ABŞ-da ən uzun müddət xəstəxanada qalaraq, koronavirusa qalib gəlməyə nail olan 70 yaşlı Maykl Flor qiymət qəbzini görəndə şoka düşüb.
Bununla bağlı “HaberGlobal” məlumat yayıb.
Bildirilib ki, 181 səhifəlik qəbzdə M.Flora 1 milyon 122 min 501 dollar 4 sent borc gəlib.
Hadisə ABŞ-ın Sietl şəhərində baş verib.
Beynəlxalq mətbuatda “ən uzun müddət xəstəxanada qalan və COVID-19-a qalib gələn insan” olaraq təqdim edilən M.Flora gələn borc ABŞ-da səhiyyə məsələlərinin o qədər də ürəkaçan olmadığını ortaya qoyub.
“Evdə dincəlmə mərhələsindəyəm. Amma xəstəxana qəbzini görəndə sanki ürəyim dayanacaqdı”, - M.Flor yerli mediaya açıqlamasında deyib.