Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

98 yaşlı seçici heyrətə gətirdi 



Bakıda 98 yaşlı İkinci Dünya müharibəsi veteranı İsgəndər Vəliyev prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

Xeberinmerkezi.az xəbər verir ki, o, 36 saylı Xətai dairə seçki komissiyasının 16 saylı məntəqəsində səs verib.

İ.Vəliyevə hərəkət məhdudiyyətli insanlar üçün yaradılan imkanlara uyğun olaraq ev şəraitində səs vermək təklif olunsa da, o, bundan imtina edib. Seçki məntəqəsinə gələrək səs verib.

Onun yüksək əhval-ruhiyyə ilə səsvermədə iştirak etməsi ətrafda maraqla qarşılanıb, dediyi sözlər məntəqədəki insanlar tərəfindən alqışlanıb.

Müharibə veteranı namizədlərdən İlham Əliyevi dəstəklədiyini açıqlayıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə