Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

Person

Telebe

 "Eksiztensializm" - təfəkkürün buraxdığı izlər



- I HİSSƏ - 
Hissənin adı: "öyrənməli olduğumuz təfəkkür" 
Eksiztensializm kəliməsi latın dilindən günümüzə istifadə olunan məfhumdur. (Exsistensia)
Mənası; mövcudluq, varlıq deməkdir. insanın mövcudluğu problemini araşdıran və xüsusi təfəkkür, hiss və hərəkət təcrübəsinə əsaslanan fəlsəfi araşdırma formasıdır. Məsələn, bir ekzistensialistin fikrincə, fərdin başlanğıc nöqtəsi "ekzistensial narahatlıq", zahirən mənasız və ya absurd bir dünya qarşısında qorxu, oriyentasiya, çaşqınlıq və ya narahatlıqdan sonra yaranır. 
Ekzistensializm fəlsəfi baxışlar və araşdırmalar toplusudur. İnsan fərdinin mütləq varlığının metafizik varlıqlardan üstünlüyünə toxunur, varlığı fərdin nöqteyi-nəzərindən öyrənir və kainatın absurdluğuna və ya anlaşılmazlığına baxmayaraq, fərdlərin yenə də öz hərəkətləri üçün məsuliyyəti öz üzərlərinə götürməli olduğunu bildirir.

Ekzistensializm 19-cu və 20-ci əsrlərdə yaşamış bir neçə Avropa filosofu ilə əlaqələndirilir. Onlar tez-tez şəxsi düşüncələrdəki dərin fərqlərə baxmayaraq, öz yazılarında insan və fərd mövzusuna mütləq vurğunu qeyd edirlər. XIX əsrin ekzistensializmlə əlaqəli olan şəxsləri arasında məşhur filosoflar Sören Kierkegaard və Fridrix Nitsşe, eləcə də rasionalizmi tənqid edən və məna, mənasızlıq, absurdizm problemi ilə məşğul olan romançı Fyodor Dostoyevski var. Bununla belə, ekzistensializm sözü 20-ci əsrin ortalarına qədər istifadə edilməmişdir. Bu müddət ərzində ən çox müasir filosoflar Jan-Pol Sartr, Martin Haydegger, Simone de Bovuar, Karl Jaspers, Qabriel Marsel, Paul Tillich və daha çox mübahisəli yazıları ilə tanınan Albertlə Camus, dolayı yolla olsa da bu mövzuya toxunmuşdur.
Sören Kierkegaard bu məfhumun ad olaraq istifadəçisi olmasa da, bu məfhum nəzdində araşdırma aparan ilk filosof kimi qəbul edilir. 
Kierkegaardın fərdi perspektiv və təxminlərinə əsasən, insanın özü və cəmiyyət üçün yaratdığı məsuliyyətə əsaslanan baxışı, yəni həyat və öz varoluşun mənası, ehtiras və səmimiyyət simfoniyasının real təhlilinə əsaslanır.

Ekzistensializm II. İkinci Dünya Müharibəsindən sonra elmə və fəlsəfəyə məlum olub. Eyni zamanda, fəlsəfə ilə yanaşı, din, elm, incəsənət, teatr, rəssamlıq, ədəbiyyat və psixologiya sahələrinə də öz təsirini göstərmişdir.

Ümumi olaraq götürsək, Eksiztensializmi; insan mövcudluğun təzahürü nəticəsində yaranmış və inkişaf etmiş təfəkkürün araşdırılması kimi qeyd edə bilərik.