Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
 

ABŞ və Türkiyə bu ölkəni silahlandırır – Vuçiç



ABŞ, Almaniya və Türkiyə Kosovanın Təhlükəsizlik Qüvvələrini fəal şəkildə silahlandırır.

Bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

Serbiya dövlətinin başçısı şənbə günü Müdafiə Nazirliyinin rəhbəri Miloş Vuçeviçlə Hərbi Təhlükəsizlik Agentliyinin (VBA, hərbi əks-kəşfiyyat) növbətçi və əməliyyat mərkəzinə baş çəkib.

"Priştinanın beynəlxalq hüquqa görə mövcud olmaq hüququ olmayan silahlı qüvvələri və polisi üçün sürətlə artan büdcəsi var. Son dörd ildə bu, iki dəfədən çox artıb. Qondarma Kosova Təhlükəsizlik Qüvvələri Birləşmiş Ştatların rəhbərliyi altında transformasiya olunur və 5,5 min fəaliyyətdə olan hərbçiyə, 20 min ehtiyat hərbçiyə çatmalıdırlar. Onlar buna nail olmaq üçün icbari hərbi xidmətin tətbiqini nəzərdən keçirirlər”, - Vuçiç bildirib.

Onun sözlərinə görə, 2027-ci ilə qədər Kosova Təhlükəsizlik Qüvvələri ABŞ, Almaniya və Türkiyə tərəfindən tədarük edilən 360 ədəd zirehli texnika, helikopter, ATGM, özüyeriyən minaatan, haubitsa, pilotsuz uçuş aparatları və kamikadze dronları ilə təchiz edilməlidir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə