Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut


Eldar Sabiroğlu oğlundan imtina etdi

Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlu oğlu Rüfət Səfərovdan imtina edib.

Xeberinmerkezi.az bildirir ki, bununla bağlı Rüfət Səfərov özünün “Facebook” səhifəsində yazıb və atasının məktubunu paylaşıb.

"Öldüyümdə mənim cənazəmə girməyini ruhum qəbul etməyəcək. Artıq bu saatdan sənin atan deyiləm. Məzarım üstə gəlməni istəmirəm", - deyə E.Sabiroğlu məktubunda qeyd edib.

Xatırladaq ki, Rüfət Səfərov Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi olub. O, rüşvət almaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılıb

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə