ABŞ-da atışma: 2 ölü, 12 yaralı
ABŞ-ın Nyu Cersi ştatının Feyrfild qəsəbəsində evlərdən birində təşkil edilən ziyafət zamanı silahlı atışma baş verib.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Nyu Cersi polisinin yaydığı məlumatda deyilir.
İnsident nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.
Öldürülənlər 25 yaşlı qadın və 30 yaşlı kişidir.
Ziyafətdə ən azı 100 nəfərin iştirak etdiyi bildirilir.
Hadisənin səbəbləri araşdırılır.