Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

ABŞ-ın Azərbaycandakı Səfirliyinin, Nazirlər Kabineti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən həyata keçirilən iki illik “Bilik gücdür”Access intensiv ingilis dili proqramında Ağdam rayon 32 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. İki illik proqramın yekunlaşması ilə əlaqədar olaraq keçirilən c
Qeyd edək ki, proqramın məqsədi aztəminatlı məcburi köçkün ailələrindən olan 7-ci və 8-ci sinifdə təhsil alan 13-15 yaş arası şagirdləri ingilis dili tədrisi və şəxsi inkişaf bacarıqları ilə təmin etməkdir. Şagirdyönümlü interaktiv tədrisə əsaslanan proqram çərçivəsində şagirdlər ingilis dili və ABŞ mədəniyyəti və dəyərləri haqqında biliklərini qrup fəaliyyətlərində iştirak edərək, mahnılar ifa edərək və oyunlar oynayaraq inkişaf etdirirlər. İngilis dili dərslərindən əlavə iştirakçılar dərsdənkənar fəaliyyətlərə cəlb olunurlar ki, bu da həm peşəkar, həm də şəxsi həyatlarında onlara vacib olan bir sıra bilik və bacarıqlara yiyələnməyə kömək edir.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə