Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

ABŞ-nin dövlət katibi Qazaxıstan prezidenti ilə görüşüb


Qazaxıstanda səfərdə olan ABŞ-nin Dövlət katibi Antoni Blinken bu ölkənin Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.

Görüş çərçivəsində Qazaxıstan Prezidenti bildirib ki, Astananın Vaşinqtonla təhlükəsizlik, enerji, ticarət, investisiya kimi strateji əhəmiyyətli sahələrdə etibarlı və uzunmüddətli tərəfdaşlıq əlaqələri var.

Qeyd edək ki, sabah A.Blinken “С5+1” (Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Türkmənistan, Tacikistan və ABŞ) formatında Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri ilə görüşəcək.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə