ABŞ generalından sensasiya: Ərdoğansız Türkiyə...
Türkiyənin F-35 proyektindən kənarlaşdırılması üçün çalışan müttəfiqlər bununla da kifayətlənmək istəmirlər.
xeberinmerkezi az xəbər verir ki, qlobal media şəbəkəsini idarə edən İsrail lobbisi Ərdoğandan sonrakı dövrə hazırlıq çağırışları edir.
İttifaq üzvləri isə Türkiyəni NATO-dan da çıxararaq, Ankaraya bunun bədəlini ödətmək istəyirlər.
"Bütün bunlar onu göstərir ki, qərb dünyasının tək dərdi Türkiyənin Rusiyadan S-400 alması deyil, bu məsələ daha böyük çevrilişlər üçün sadəcə bəhanədir", - məlumatda deyilir.
Türkiyəyə qarşı mütləq böyük cəza tədbirlərinin görülməsi fikrində olan “Vol strit” (Wall street) jurnalının əməkdaşları media vasitəsilə kəskin fikirlər bəyan edir.
"Ərdoğana sonsuzadək iqtidarda olmayacaq. Ondan sonra gələcək şəxs qərbə düşmənlik məsələsini bir daha düşünməlidir. Türkiyəyə cəzasını Tramp verməsə də, müttəfiqlər verəcək" , - deyə bir yazıda qeyd olunub.