ABŞ Gürcüstana yüzlərlə hərbçi göndərir
ABŞ “Agile Spirit 2021” təlimlərində iştirak üçün Gürcüstana bir neçə yüz hərbçisini göndərməyə hazırlaşır.
Xeberinmerkezi.az xəbər verir ki, bu məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb. ABŞ-ın həmçinin Almaniyadakı Ramştayn aviabazasından Gürcüstana “Blek hovk” helikopterlərini də gətirdiyi vurğulanıb.
Qeyd edək ki, “Agile Spirit” təlimi Gürcüstanda iyulun 26-da start götürəcək və avqustun 6-na qədər davam edəcək. Təlimə 15 ölkədən 2500 hərbçi qatılacaq.
Azərbaycan hərbçiləri də təlimdə iştirak edəcəklər.