Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

ABŞ Prezidenti Donald Trumpun ətrafında qalmaqallar səngimək bilmir. Burada söhət təbii ki, ABŞ-ın yeni prezidentinin ruslarla olan mövcud əlaqələrindən gedir ki, bu da demək olar ki, dünya mətbuatının gündəmini zəbt edib. Qeyd edək ki, D.Trump ilk dəfə öz biznesini 1987-ci ildə Sovetlər İttifaqı dönəmində təşkil etməyə cəhd edib. Bu məqsədlə də o, ilk dəfə həyat yoldaşı İvana ilə 1987-ci ilin iyulunda Sankt-Peterburqa (o zamanki Leninqrada) səfər etmişdir.  Sözü gedən qalmaqala gəlincə isə, o ötən il ABŞ-da seçki öncəsi kampanya zamanı daha da alovlandı. Belə ki, ABŞ-ın ən az 17 xüsusi xidmət orqanını özündə birləşdirən ABŞ milli kəşfiyyatı rəsmən bəyan etdi ki, Rusiya hakimiyyəti demokratların namizədi H. Klintona bağlı ən azı 4 ABŞ siyasi təşkilatının, o cümlədən də demokratlar partiyasının Milli Komitəsinin kompyuter şəbəkəsinə hücum edib. “Soverşenno Sekretno” qəzeti bildirir ki, ABŞ xüsusi xidmət orqanının rəyində deyilir ki, haker hücumumunun məqsədi respublikaçı namizədin mövqeyini möhkəmlətmək imiş. Milyarder prezident isə öz tvitter səyfəsində qısa olaraq bunları deyib “menim Rusiyada heç bir kapital qoyuluşum yoxdur”.

Axırıncı dəfə isə, D. Trump 2012-ci ilin payızında Moskvaya səfər edib və özünün “KAİNAT GÖZƏLİ” konkrusunu Rusiya paytaxtına gətirib.  “Washington Post”-un yazdığına görə D. Trump Rusiya prezidenti V. Putin ilə görüşmək üçün çox çalışıb. Hətta o, rus liderə şəxsi məktub da göndərib. Yeri gəlmişkən, həmin görüşün baş tutması üçün vasitəçilik edən Rusiyalı iş admı Araz Ağalarovun sözlərinə görə görüş üçün iıkin razılıq əldə olunsa da, konkursun keçirilməsinə bir gün qalmış prezident V. Putin tərəfindən ləğv olunub. Əvəzində isə ona Putin suvenir mahiyyətində içində şəxsi qeydləri olan mücrü göndərib.  Təbii ki, qeydlərin nədən ibarət olduğu hələ ki, sirr olaraq qalır. Bununla belə konkurs baş tutub və yatırılan 14 mln. dollardan daha çox pay sahibi elə D. Trump-ın özü olub.

Qeyd edək ki, Moskvanın ən bahalı gecə klublarından birində keçirilən gözəllik konkrusundaki banketdən sonra, öz təəssüratlarını gizlətməyən Trump, bu haqqda “REAL ESTATE WEEKLY” nəşrinə də ağız dolusu danışıb. Məlumat üçün bildirək ki, məlum banketdə demək olar ki, Rusiyanın bütün oliqarxları iştirak edib. ABŞ KİV-ləri diqqət çəkən bir məqama da toxunub, belə ki, onların iddiasına görə milyarder prezidenti ilk dəfə Rusiyaya 1987-ci ildə, həmin vaxt SSRİ-nin ABŞ-daki səfiri Anatoliy Dobrıninin qızı dəvət edib. Özünün ruslarla əlaqəsinin olub olmamasına aydınlıq gətirən Trump bildirib ki, “mən bir neçə il bundan əvvəl Florida ştatında 40 mln. Dollara ev aldım, sonra onu rusiyalıya 100 mln. dollara satdım”. Qeyd edək ki, həmin oliqarx Dimitriy Rıbalov olub. Bununla belə sonralar aydin olub ki, respublikaçı namizədin seçki kampaniyasına daxil olan əsas üç məsləhətçi ən azı üç keçmiş Sovet respublikaları ilə əlaqələri olub. Məsələn, məsləhətçilərdən biri Pol Manafort, uzun müddət keçmiş Ukrayna prezidenti Viktor Yankoviçin məsləhətçisi olmuşdur və onun bu müddətdə gəlirləri 15 mln. dollara yaxın olmuşdur. Digər namizəd Carter Page 1990-cı illərdə QAZPROM-da məsləhətçi işəlyib.

Daha maraqlısı isə, istefada olan general Mikael Flinn hansı ki, mərkəzi kəşfiyyat idarəsinin rəhbərliyinə əsas namizədlərdən biri hesab olunurdu. Onun hətta bir neçə dəfə Rusiyanın dövlət kanalı RT-da (RUSSİAN TODAY) çıxış etdiyi iddia olunur. Qeyd olunur ki, o, bu telekanalın ildönümündə təşkil olunan təntənəli mərasimə də qatılıb. Daha maraqlısı isə iddia olunur ki, Mikael Flinn Putinlə stol qonşusu olub. Məlumat üçün bildirək ki, belə görünür D. Trumpun Rusiya ilə əlaqələrinin mövcudluğu bir faktdır. Bununla belə ABŞ prezidentinin dövlətdən gizlin Rusiya ilə əlaqələr qurub sonra da prezident seçilməsi məhz ABŞ demokratiyası ilə daban dabana ziddir. Ona görə də hazırki Vaşinqton Moskva münasibətlərində kimin qazanacağı haqqında dəqiq fikir söyləmək hələlik tezdir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə