Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

ABŞ əmr verdi: diplomatları Kiyevdən çıxarır – Təcili

ABŞ öz diplomatlarını Kiyevdən çıxarmağa hazırlaşır.

Bu barədə “Assoşeyted Press” məlumat yayıb.

Agentlik iddia edib ki, Dövlət Departamenti bu gün diplomatlarının Kiyevdən təxliyəsini rəsmən elan edəcək.

Bildirilib ki, çox az sayda ABŞ diplomatı Ukraynada qalacaq, onlar isə Polşa sərhədinə yaxın əraziyə köçürüləcək.

TASS məlumatı şərh etmək üçün Dövlət Departamentinə rəsmi sorğu versə də, hələlik, cavab yoxdur.

Qeyd edək ki, bundan öncə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ABŞ vətəndaşlarını 24-48 saat ərzində Ukraynanı tərk etməyə çağırmışdı. O, həmçinin, ABŞ-ın Kiyevdəki diplomatlarının sayının da ixtisar ediləcəyini təsdiqləmişdi.

***

Dövlət Departamenti Kiyevdəki diplomatlarına ölkəni tərk etməyi əmr edib.

Bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, yalnız fövqəladə əhəmiyyətli işlərlə məşğul olan azsaylı diplomat ölkədə qalacaq.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə