Acun o uşaqları tapdı
TV 8 kanalının rəhbəri, aparıcı-prodüser Acun İlıcalı “O səs Türkiyə”ni təqlid edən uşaqları tapıb. “Qafqazinfo” xəbər verir ki, o, Diyarbakırda Bağlar İlçə Milli Təhsil İdarəsi ilə əlaqə saxlayaraq sosial şəbəkə fenomenlərini tapıb.
50 nəfər şagird və 10 müəllim bu gün təyyarə ilə İstanbula gələcək, iki günlük şəhəri gəzəcəklər. Həmçinin, qəhrəmanlar qonaq kimi “O səs Türkiyə”yə qatılacaq, münsiflərlə tanış olacaqlar.
Uşaqlardan 16 yaşlı İsmayıl Ceylan dəvətlə bağlı mətbuata açıqlama verib. O bildirib ki, müsabiqənin daimi izləyicisidir:
“Yarışmaya qatılma imkanımız olmadığından bir video çəkdik. Özümüz üçün studiya qurduq, mikrafon yerinə daraq və fənər, stol yerinə qayadanistifadə etdik. Həmin video sosial şəbəkələrdə yayıldı. Acun Ilıcalı da izləyib, bizi görmək istəyib”.
Xatırladaq ki, bir müddət əvvəl həmin video sosial şəbəkələrdə izlənmə rekordu qırırdı. Uşaqlar “O səs Türkiyə”ni parodiya edərək maraqlı dialoqlar səsləndirirdilər. Üstəlik, iştirakçılardan biri müsabiqəyə Azərbaycandan qatıldığını demişdi.