Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ağ Ev koronavirusun ikinci dalğasına hazırlaşır

Ağ Ev bu ilin payızında gözlənilən koronavirusun ikinci dalğasına hazırlaşır.

Bu barədə “CNN” Ağ Evdəki Milli Ticarət Şurasının rəhbəri Piter Navarroya istinadla məlumat yayıb.

Onun sözlərinə görə, Amerika administrasiyası baş verə biləcək hadisələrə hazırlaşır.

"Payızda mümkün problemlərin yarana biləcəyi halda, ehtiyatlarımızı artırırıq", - deyə Navarro əlavə edib.

O vurğulayıb ki, Ağ Ev tam gücü ilə fəaliyyət göstərir.

Con Hopkins Universitetinin son məlumatına görə, ABŞ-da 2,26 milyondan çox insan koronavirusa yoluxub, 119, 8 mindən çox xəstə vəfat edib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə