Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ağalı sakinləri onlar üçün yaradılan şəraitdən məmnundur

“Zəngilan rayon Ağalı kəndinin sakinləri onlar üçün yaradılan şəraitdən məmnundurlar”.

Bunu APA-ya açıqlamasında kənd sakini Möhübbət Səmədov deyib.

O, Ağalıya iyulun 19-da köçürüldüyünü diqqətə çatdırılıb.

Möhübbət Səmədov bildirib ki, 30 ildir ayrı olduqları dostları, qonşuları ilə yenidən bir arada olduqlarına görə sevinc hissi keçirirlər:

“Belə gözəl hissləri bizə yaşatdıqları üçün şəhidlərimizin qarşısında baş əyirik. Allah qazilərimizə şəfa versin. 30 ildir ayrı düşdüyümüz dostlarla, qonşularla yeni qurulmuş Ağalı kəndində yenidən bir araya gəlmişik. Sevincimizin hədd-hüdudu yoxdur. Ermənilər buranı bərbad vəziyyətə qoymuşdular. İndi müasir infrastruktur qurulub, hər bir şəraitimiz var. 30 il bundan öncə bu torpaqlardan gözü yaşlı çıxmışdıq, amma indi gülə-gülə qayıtdıq”.

İyulun 21-də Ağalıya köçən kənd sakini Elbrus Zeynalov da yaradılan şəraitə görə minnətdarlığını bildirib:

“İlk gün övladlarım üçün bir az çətin oldu. Dostlarından ayrıldıqları üçün darıxırdılar. Amma burada da dostları olacaq, öyrəşəcəklər. Çox yüksək şərait yaradılıb. Hər şeydən məmnunuq”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə