Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Aİ bayrağı Gürcüstanda siyasi qalmaqal yaratdı


Gürcüstanda Avropa İttifaqı (Aİ) bayrağı siyasi qalmaqal yaradıb.

Belə ki, bu il Gürcüstan parlament binasının Müstəqillik Günü münasibətilə dizayn edilməsi zamanı Aİ bayrağından istifadə edilməyib. Bu fakt bəzi müxalifətçilərin, eləcə də bəzi sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.

Hakim “Gürcü Arzusu” partiyasından məsələ ilə bağlı bildirilib ki, qanunverici orqanın qarşısında Aİ bayrağı mövcuddur, lakin builki “Sevgi ilə azadlığa doğru” şüarına uyğun gəlməməsi səbəbi ilə qeyd edilən bayraqdan konkret bu tədbirdə istifadə olunmayıb.

Mənbə: “Sputnik” Gürcüstan

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə