Artıq dünyanın ən varlı adamı odur
“Louis Vuitton Moet Hennessy” şirkətlər qrupunun prezidenti Bernar Arno “Amazon”un rəhbəri Ceff Bezosu qabaqlayaraq dünyanın ən varlı insanı olub.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə ”Forbes” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Arnonun sərvəti sutka ərzində 710 milyon dollar artaraq 186.3 milyard dollara çatıb. Bezos isə 186 milyard dollarla ikinci olub.
Siyahıda üçüncü yeri 147,3 milyard dollarla “Tesla” və “Speys X”ın rəhbəri İlon Mask tutub.