ASAN GÖRÜNƏN ÇƏTİN PEŞƏ
Bu gün Azərbaycan ictimaiyyətinin qarşısında duran əsas vəzifələrdən biri, böyüməkdə olan nəsildə mütaliəyə maraq oyatmaq və fəal oxucuların sayını artırmaqdır. Mütaliə proseslərinin kütləviləşməsi, müxtəlif bilik sahəsinə dair oxunan kitabların keyfiyyətinin və sayının artırılması, oxu mədəniyyətinin yüksədilməsi üçün zəruri şəraitin yaradılması vacibdir. Məhz buna görə də mütaliənin inkişafının təminatı üçün müəyyən işlərin görülməsi vacibdir. Tədbirlərin həyata keçirilməsi cəmiyyətdə kitaba, mütaliə mədəniyyətinə olan münasibətin dəyişməsinə gətirib çıxara bilər . Həmçinin müasir dövrdə kitabxanaların qarşısında ədəbiyyatın ictimai, tərbiyəvi rolunu yüksəltmək kimi vəzifələr durduğu, oxucularda bədii ədəbiyyata, mütaliəyə maraq oyatmalı olduğu, təhsildə və insanın mənəvi tərbiyəsində ədəbiyyatın göstərdiyi köməyi önə çəkmə bacarığının olması kitabxanaçılar tərəfindən muzakirə olundu.
Şagirdlərdə mütaliəyə marağı artırmaq üçün birinci növbədə doğma ədəbiyyata hörmət və sevginin artırılmasının əhəmiyyəti başa düşülməli, bu yöndə görülən işlər mütəmadi aparılmalıdır. İnsanların intelektual səviyyəsinin yüksəldilməsinə, mədəniyyətin inkişafına və qorunub saxlanmasına, doğma dilin zənginləşməsinə böyük təsir göstərmək üçün kitabxanaçı hər kitabın öz oxucusunu tapmalıdır. Bu baxımdan kitabxanaçı gənc nəslə kitabı sevdirməli , zəngin mütaliə aləmində onlara yol göstərməli, ideyaca möhkəm əqidəli və ahəngdar inkişaflı şəxsiyyətin formalaşmasına, asudə vaxtın səmərəli təşkilinə kömək etməlidir.
Müasir dövrdə kitabxanaların qarşısında ədəbiyyatın ictimai, tərbiyəvi rolunu yüksəltmək, bədii ədəbiyyatla işi yüksəltmək kimi vəzifələr durur. Kitabxanalar oxucularda bədii ədəbiyyata, mütaliəyə maraq oyatmalı, təhsildə və insanın mənəvi tərbiyəsində ədəbiyyatın göstərdiyi köməyi önə çəkməyi bacarmalıdır. Bunun üçün də ən yaxşı bədii əsərlərin sistemli şəkildə təbliği, şəxsi təhsildə ədəbiyyatın öyrənilməsində oxuculara yardım edilməsi çox mühüm məsələdir və ədəbiyyatın təbliğində mühüm yerlərdən birini tutur. Oxucuların ədəbi əsərlərlə daha yaxından tanış olması üçün kitabxanaçı müasir dövrə uyğun, yeni nəslin marağına səbəb olan ədəbiyyatı oxucuya düzgün təqdim etməli, oxucuya uyğun olub olmadığını, nəyin yaxşı olduğunu oxucuya onun dili ilə başa salmalıdır. Mütaliəyə olan maraq və həvəsi artırmaq, düşüncə tərzinin yaranmasına və özünütənqidin formalaşmasına kömək etmək məqsədilə kitabxanaçı hər bir oxucuya fərdi yanaşmalı, onun maraq dairəsini aşkar etməli hətta lazım olarsa yaxın dost olmalıdır. Belə olduqda, oxucuda həyata, ətraf aləmə qarşı daha ciddi və dərin tələbkarlıq oyadılacaq. Nəticədə bədii, tarixi-ədəbi və tənqidi materialların mütaliəsinə maraq yaradmış olacaqdır.Kitabxanada ilk növbədə yeni oxucuların maraqlarına və bilik səviyyələrinə uyğun yüksək sənətkarlıqla yazılmış , müxtəlif illərdə dərc olunmuş nəşrlər, yeni nəşrlər təqdim olunmalı, əgər oxucular öz ədəbi təhsilində buraxılmış boşluqları doldurmaq istəyərsə, orta məktəbin ədəbiyyat fənni üçün nəzərdə tutulmuş proqramlarından da istifadə etmək mümkündür və edilməlidir.Əsərləri mütaliə edən oxucuların yaş və bilik xüsusiyyətləri, dünyagörüşü nəzərə alınmalıdır.Mütaliənin müəyyən istiqamətə yönəlməsinə, yeni kitabsevərlərin meydana çıxmasına səbəb olur. Bu isə oxucu-kitab, oxucu-kitabxana, kitabxana-valideyin münasibətlərində anlaşmanın yaradılması deməkdir. Bununla da biz gələcəyimiz olan uşaqları Vətənə, Dövlətə layiqli vətəndaş yetişdirməyi gözə alırıq. Vətənimizin əmin əllərdə olduğunu indidən qarantlamalıyıq.
KİTABXANA ETİKASI.
Əgər cəmiyyət təhsilin əhəmiyyətini dərk etmirsə, etik əxlaqi normaları qəbul etmirsə, o heç vaxt mədəniyyətli və demokratik ola bilməz. Bu baxımdan kitabxanalar mədəniyyətin ayrılmaz tərkib hissəsidir.
Müasir dövrdə, kitabxana etikası və kitabxanaçı-oxucu münasibəti ön plana çəkilməlidir.
Xalqa, millətə, cəmiyyətə xidmət göstərdiyinə görə kitabxanaçının peşə hazırlığının, geniş dünyagörüşünün, yüksək səviyyəli pedaqoji hazırlığının olması əsas şərtlərdən biridir.
Oxuculara xidmət etikası kitabxanaçıların hər zaman ciddi əhəmiyyət verdiyi bir məsələ olmuşdur. Əgər kitabxanaçı oxucunun mənəvi təlabatını dolğun, rahat və etik normalar çərçivəsində ödəyərsə, deməli kitabxanaçının böyük məharəti, pedaqoji ustalığı vardır.
Müasir zəmanəmizdə kitabxanaçının gördüyü işlər, həyata keçirdiyi vəzifələr, xeyirxahlıq baxımından kitabxananın döyünən ürəyidir. Xeyirxahlıq kitabxana etikasının mühüm göstəricisi hesab edilir. Proffesional etik qaydalar kitabxanaçının əmək fəaliyyəti prossesində kitabxanaçı-oxucu münasibətlərini tənzimləmək üçün çox vacib və mütləqdir. Bu isə hər bir kitabxanaçının hazırlığından xəbər verir. Buna görədə hər bir kitabxanaçı özünü daim inkişaf etdirməli və lazimi səviyyəyə çatdırmalıdır. Bundan əlavə kitabxanaçı ünsiyyət yaratmaq keyfiyyətinə də malik olmalıdır. O, oxucuya fikrini aydın izah etməli, ifadəli çatdırmalı, söylədikərini əsaslandırmalıdır. Bir sözlə kitabxanaçı səmimi və maraqlı həmsöhbət olmalıdır. Kitabxanaçı-oxucu münasibətlərindəki etik normalarına-təmkinliyə, xeyirxahlığa, güzəştə getmək bacarığına, səmimiliyə, gülərüzlülüyə və sairəyə riayət etmədikdə oxucu kütləsinin kitabxanalara müraciətlərinin azalmasına səbəb olur.
Oxucuya xidmət edildikdə, yəni kitab verilişi zamanı kitabxanaçı özünü bütünlüklə oxucunun sərəncamına verməlidir. Müasir zəmanəmizdə kitabxanaların uğurlu, müasir və oxucu ilə bol olmasını istəyiriksə birinci növbədə biz kitabxanaçılar özümüzdən başlamalıyıq. Bunun üçün biz işin mənasını anlamalı, işimizə diqqətli, məsuliyyətli və yaradıcı yanaşmalı, yeni biliklər qazanmağa çalışmalıyıq. Kitabxana fəaliyyətinə aid yeni layihələr irəli sürməli onu reallaşdırmağa can atmalıyıq.
Kitabxanaçı məktəb kitabxanasında olan bütün bədii əsərlərin məzmununu bilməli, hər oxucuya fərdi yanaşmalı, hər elmdən məlumatı olmalıdır. O, nəinki psoxoloq, nəinki ədəbiyyatçı, nəinki tarixçı, yeri gələrsə, siyasətçi belə olmalı, hər şagirdin maraq dairəsinə cavab verən sualları cavabsız qoymamalı, onların xüsusiyyətlərini anlamalıdır. Məhz asan saydığımız, asan görünən bu peşə yuxarıda sadaladığım bu kriteriyalara görə çox çətindir.
Müasir məktəb kitabxanaları: problemlər və həll yolları.
Məktəb kitabxanası kitabxana xidməti sistemində çox xüsusi bir həlqədir. Buna görə məktəb kitabxanalarının işi xüsusi diqqət tələb edir. Məktəbdə demək olar ki, bütün şagirdlər istər-istəməz kitabxanadan keçirlər. Məktəb kitabxanası həm də passiv uşaqlarla işləyir.
Məktəb kitabxanalarını digər uşaq kitabxanalarından fərqləndirən yeganə və əsas fərq, məktəb kitabxanalarının eyni yaş qrupları daxilində fərqli oxucularla işləməsidir.
Məktəb kitabxanası təkcə şagirdlərlə deyil, onların müəllimləri ilə də işləyir. Beləliklə müəllim və kitabxanaçı hər bir şagirdə müxtəlif rakurslardan baxır. İşin əlaqələndirilməsi və baxışların ümumiləşdirilməsi həm müəllimə, həm də kitabxanaçıya öz konkret vəzifələrini aydınlatdırır. Bu isə son nəticədə hər bir şagirdin tərbiyəsi və təhsili naminə öhdəmizə düşən vəzifəni daha səmərəli həll etməyə kömək edər və ümumi məqsədimizə çatmağa yardımçı olar. Və bununla da hər bir şagirdin xüsusiyyətlərini, bacarıqlarını nəzərə ala bilərik.
Daha sonra hər bir şagirdin xüsusiyyətini, öyrənmə qabiliyyətini, ədəbiyyat seçilməsində ümumi mədəni səviyyəsini həm fərdi, həm də siniflə nəzərə almalıyıq. Məhz buna görədə deyə bilərik ki, məktəb kitabxanaçısı ən çox pedoqoji vəzifələri, daha sonra isə informasiya xarakterli vəzifələri həll edir.
Məktəb kitabxanası tədris prosesinin tələblərinə yaxındır. Və buna görə də məktəbdə oxucuların yaxşı biliyi ilə verilən tapşırıqları yerinə yetirmək, hesabatlar hazırlamaq daha asan olar. Müəyyən təhsil prosesindən irəli gələrək söyləyə bilərəm ki, kitabxanaçı ən passiv uşaq qrupunu oxumağa cəlb etmək imkanına malik ola bilər və buna qadirdir. Çünki istənilən uşaq, xüsusəndə passiv uşaq tanış insana daha çox güvənir. Başqa kitabxanalarda kitabxanaçılar dəyişə bilir və ya növbə ilə işləyir. Məktəb kitabxanasında isə bir və ya iki kitabxanaçı olur. Şagirdlərin kitabxanaya gedib gəlməməsindən asılı olmayaraq hər gün onları görürlər. Psixoloji cəhətdən isə insan hər gün gördüyü adi insanla belə asanlıqla ünsiyyət qura bilər. Kitabxanaçı hər bir şagirdlə onun maraq dairəsinə uyğun söhbət edir. Bu zaman onun həmsöhbəti bir növ qarşısındakı insanı yaşıdı olaraq qəbul edir və maraqlı həmsöhbət tapdığı üçün bu insana daha çox güvənir.
Bu mövqelərdən çıxış edərək əminliklə deyə bilərəm ki, məktəb kitabxanaçısının iş xüsusiyyətləri və onun statusu daha çox diqqət tələb edir. Məktəb kitabxanaçısını xidmət işçisi kimi yox, pedaqoji kollektivin üzvü hesab etmək lazımdır. Əminliklə deyə bilərəm ki, məktəb kitabxanasında kitabxanaçı işləmək böyük və daimi, mənəvi və yaradıcı qüvvələr, əsəb gərginliyi tələb edir. Çünki onun işi müəllim və tərbiyəçidən uzaq deyil. Əbəs yerə deyil ki, böyük kitabxanalarda uzun illər çalışan kitabxanaçılar məktəb kitabxanasında işləməyə belə asanlıqla razı olmurlar.
Məktəb kitabxanaçısı hər yerdə təkdir: emal, fondun saxlanması, kataloqlar, abunələr, dərsliklərlə işləmək, dərsliklərin təhlükəsizliyini yoxlamaq üçün reydlər, bütün siniflərdə kütləvi iş, icmallar, bayramlar, bütün paralellərdə kitabxana və biblioqrafiq savad dərsləri və nələr nələr. Bu sadalananlar yalnız şagirdlərlə aparılan işlərdir. Müəllimlərlə də iş var və hər birilə də ayrı-ayrılıqda. Hələ valideynlərlə aparılan işlərdən belə danışmıram. Bu sadaladığım işlər məktəb kitabxanaçısının adi vəzifələrinin siyahısıdır. Ona görədə məktəb kitabxanasını təkcə məlumat mənbəyi və dərsliklərin paylanması məntəqəsi olaraq görməyək. Bunun üçünsə biz kitabxananı ən mürəkkəb pedaqoji problemlərin həllinin daha asan olduğu qeyri-rəsmi ünsiyyət mərkəzinə çevirməliyik.
Ənənəvi məktəb təhsili bir çox müsbət cəhətlərə malikdir bura biliklərin genişliyi, onların kifayət qədər dərinliyi, sonrakı ali təhsil üçün zəmin yaradılması və sairə aiddir.
Bəs müasir məktəb kitabxanaları necə olmalıdır?
Məktəb kitabxanası istifadəçilərin uğurlu öyrənilməsi, onların informasiya və biliyə əsaslanan müasir dünyada sosiallaşması üçün informasiya və ideyalar təqdim etməlidir.
XXI əsr məktəb kitabxanalarının vəzifəsi şəxsiyyətin informasiya və media mədəniyyətini formalaşdırmaqdan ibarətdir. Hələdə bəzi valideyn, müəllim kollektivi, hətta deyərdim ki, təhsil işçiləri arasında bu mövzu mübahisəli olaraq qalır. Şagirdlərin çoxu müasir informasiya və media mədəniyyətini düzgün anlamır, bu şəraiti düzgün qiymətləndirmir. Təbii ki, məktəb kitabxanası müasir təhsil təşkilatında gedən pedoqoji və tədris proseslərinin fəal iştirakçısıdır. Fənlərarası əlaqələrin inkişafına və informasiya mədəniyyətinin inteqrasiyasına yönəldilmiş, məktəb kitabxanasının müəllimlərlə birlikdə keçirdikləri binar dərslər məktəb fənlərinin mənimsənilməsi prosesində kitabxana bilik və bacarıqlarının təbliğinin bir formasıdır. Bu isə o deməkdir ki, məktəb kitabxanası pedaqoji və tədris proseslərinin iştirakşısına çevrilir.
Müasir məktəb kitabxanalarını şagirdlər artıq müasir dizaynla tərtib olunmasını istəyirlər.
Müasir məktəb kitabxanasının kitabxanaçısı yenilik etmək bacarığı, uşaq sevgisi, vətəndaş məsuliyyəti, intellekt, mənəvi mədəniyyət, sağlamlıq, daim özünütəhsil ehtiyacı kimi keyfiyyətlərə malik olmalıdır və malikdir.
Məktəb kitabxanaları öz fondlarını kitablarla zənginləşdirməyi əsas vəzifə borcları bilir və diqqətlərini yalnız bu istiqamətə yönəldirlər
Kitabxana işçiləri şagirdlərin mütaliə bacarıqlarının və mütaliə diapazonunun inkişafında, informasiya axtarmaq, seçmək və informasiya ilə işləmək bacarıqlarının formalaşmasında demək olar ki, heç bir rol oynamır.
Kitabxana işçiləri və müəllimlər arasında peşəkar münasibətlər zəifdir; valideynlərlə münasibət isə yoxdur. Kitabxanaçılar kitabxananın informasiya-resurs mərkəzinə çevirmək üçün hansı addımları atmağı bilmirlər.
Təlim prosesində kitabxanaların rolunu məktəb rəhbərliyi lazımınca qiymətləndirmir.
Şagirdlər arasında kitabxana populyar yer deyil.
Kitabxanaçılar kitabxananın informasiya-resurs mərkəzinə çevirmək üçün hansı addımları atmağı bilmirlər.
Müasir məktəb kitabxanalarına verilən tələblər. Kitabxanaçının peşə ustalığı və şəxsi keyfiyyətləri
Kurikulumun əsas müddəaları və məktəb kitabxanasının işi
İnteraktiv təlim üsulları və onlardan kitabxana tədbirlərində istifadə
Kitabxana işində İKT-dən istifadə.
Tədqiqatlar göstərir ki, şagirdlər mütaliə bacarıqlarını sinifdən-sinfə keçdikcə inkişaf etdirə bilmirlər, yəni onlar mütəmadi olaraq mütaliə üçün seçilmiş materialın həcmini və səviyyəsini genişləndirmirlər. Digər tərəfdən onların mütaliəsi adətən birtərəfli xarakter daşıyır, şagirdlər müxtəlif səpgili materiallar mütaliə etməyə öyrənməmişlər. Onların oxuduqları materiala tənqidi və yaradıcı yanaşmaları da müəyyən mənada oxsayır. Uşaqlar mütaliədən zövq almağı bacarmırlar, bu da onların oxucu fəallığında özünü göstərir. Odur ki, kitabxana əməkdaşları tədqiqat, İKT-dən istifadə və mütaliə bacarıqlarının inkişafı haqqında biliyə malik olmalı və bu bilik və bacarıqları şagirdlərə ötürmək iqtidarında olmalıdırlar.
Hafizə Azadə