Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
Astarada ağır atletika üzrə ölkə birinciliyi keçirildi
27 fevral, 2017 11:58

23-27 fevral 2017-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq Astara rayon Park Bulvar  Kompleksində AAAF-ın nəzdində fəaliyyət göstərən ağır atletika zalında Yeniyetmələrin XI Republika oyunları proqramına daxil olan atletika üzrə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında ölkə birinciliyi keçirilmişdir.

            Yarışda Neftçala, Lənkəran, Sumqayıt, Lerik, Qazax, Qobustan, İsmayıllı, Bakı Təhsil RİM, Yevlax, Cəlilabad, Goranboy və Qax komandaları iştirak etmişlər.

            Yarışda Gənclər və İdman Nazirliyindən Fəxrəddin İsmayılov, Fariz Hümbətli, Ağır Atletika Federasiyasının nümayəndələri, Ağır Atletika üzrə yığma komandanın baş məşqçisi Tofiq Heydərov, baş katib Rizvan Rəsulov, yarışın baş hakimi beynəlxalq dərəcəli hakim Qadir Babayev, baş katib Beynəlxalq drəcəli hakim Kərim Kərimli, Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Azərtacın idman üzrə xüsusi müxbiri Fikrət Adıgözəlov və başqaları olmaqla ümumilikdə 150 idmançı, 25 nümayəndə heyyəti iştirak etmişdir.

            Açılış mərasimində F.İsmayılov, R.Rəsulov və Ə.Əliyev çıxış edərək ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan bəhs etmiş və idmançılara uğurlar arzulamışlar.

            Tədbir açıq elan edilərək Azərbaycan Respublikası Dövlət Himni səsləndirilmişdir.

            Daha sonra yarışa start verilmişdir.

            Müxtəlif çəki dərəcələrində I, II və III yerləri tutan idmançılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomalı və medalları ilə təltif edilmişlər.

            Yarışda iştirak edən idmançılar, məşqçilər və nümayəndə heyyəti yarışın yüksək səviyyədə təşkili və keçirilməsindən ötrü Astara Rayon İcra Hakimiyyəti və Astara Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyinə öz təşəkkürlərini və minnetdarlıqlarını bildirmişlər.


23-27 fevral 2017-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq Astara rayon Park Bulvar Kompleksində AAAF-ın nəzdində fəaliyyət göstərən ağır atletika zalında Yeniyetmələrin XI Republika oyunları proqramına daxil olan atletika üzrə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında ölkə birinciliyi keçirilmişdir.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə