AVRO-2020: Bu gün çempion bəlli olacaq – AFİŞA
Bu gün AVRO-2020-yə yekun vurulacaq.
Turnirin final oyununda İtaliya və İngiltərə yığmaları üz-üzə gələcək.
Londondakı “Uembli” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Matçı niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək.
Finala qədər İtaliya 12, İngiltərə isə 10 qol vurub. Əvəzində Britaniya təmsilçisi qapısında cəmi 1 top görüb. İtaliyalıların buraxdığı qol sayı isə 3-dür.
Qeyd edək ki, İngiltərə yığması tarixində ilk dəfə Avropa çempionatında finala yüksəlib. İtaliya millisi isə ikinci dəfə qitə çempionu ola bilər.
İlk dəfə 1968-ci ildə Avropanın ən güclüsü olmuş italyanlar, 53 illik həsrətə son qoymağı hədəfləyiblər. Bu komanda AÇ-2000 və AÇ-2012-də də finalda uduzub.
AVRO-2020
Final
23:00. İtaliya - İngiltərə
Baş hakim: Byörn Kuypers (Niderland)
London, “Uembli” stadionu