Avro-2020: İlk 1/8 finalçı bəlli oldu
Futbol üzrə Avropa çempionatında ilk 1/8 finalçı bəlli olub.
Xeberinmerkezi.az xəbər verir ki, A qrupunda yer alan İtaliya millisi İsveçrə yığmasına 3-0 qalib gələrək, xallarının sayını 6-ya çatdırıb. Bununla italiyanlar qrupdan çıxmağı təmin edib.
Qeyd edək ki, günün digər matçında B qrupunda yer alan Rusiya seçməsi Finlandiyaya 1-0 qalib gəlib.