Ayrı-ayrı kütləvi informasiya vasitələrinin “Azərbaycan” Nəşriyyatına olan borcumunun ümumi məbləği açıqlanıb.
xeberinmerkezi.az xəbər verir ki, “Azərbaycan” Nəşriyyatının Baş direktoru Ağabəy Əsgərov “Ölkə.Az”a açıqlamasında bildirib ki, hazırda onlarla redaksiyanın Nəşriyyata külli miqdarda borcu var:
"Hazırda ayrı-ayrı redaksiyaların bizə 1 milyona yaxın borcu var. Bu, 16-17 ilin borcudur ki, yığılıb qalıb. Onların arasında eləsi var ki, indi fəaliyyət göstərmir, bağlanıb və bizə borcu qalıb".
Baş direktor "Azadlıq" qəzetinin də “Azərbaycan” Nəşriyyatına borcu olduğunu söyləyib:
"Bu gün "Azadlıq" qəzeti yayımını dayandırdığı üçün bizə olan borcunu hələ də ödəməyib. Nəticədə isə borc yığılıb qalıb. Ümumiyyətlə, bu cür borcu olan redaksiyaların sayı çoxdur".