AzTV-də bədbəxt hadisə: polis ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
Bakıda polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb.
Xəbərin Mərkəzi.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də qeydə alınıb.
Belə ki, QSC-nin Mühafizə üzrə Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadə xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Nəticədə Y.İnqilabzadə hadisə yerində dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.
Faktla bağlı araşdırma aparılır.