Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Azərbaycan-Türkiyə birliyi, qardaşlığı sarsılmaz və əbədidir

Tarix sübut etdi ki, Türkiyəmhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və ümummilli lider Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “bir millət, iki dövlət” ifadəsi hər iki dahi şəxsiyyət tərəfindən heç də təsadüfən deyilməyib. Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri qədim tarixə, dərin köklərə malikdir. Bu gün güclü iqtisadiyyatı, qüdrətli ordusu, demokratiya və hüquqa bağlılığı, demokratik cəmiyyəti ilə Türkiyə Respublikası beynəlxalq aləmdə söz sahibi ölkələrdən biridir. Tarix boyu bütün çətinliklərə baxmayaraq, Azərbaycan və Türkiyə daim bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi çətin keçsə də, dahi Heydər Əliyevin və Mustafa Kamal Atatürkün siyasi iradəsi xalqı və dövləti bu gün də yaşadır. Ümummilli lider Heydər Əliyev deyib: “Azərbaycan və Türkiyə xalqlarının tarixi birliyi sarsılmaz dostluğu bizim ən böyük sərvətimizdir. Belə bir təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimizdə bir-birimizə inam və etibarımız, qarşılıqlı dəstəyimiz məmnunluq doğurur”. 44 günlük müharibədə də Türkiyənin bizə mənəvi və diplomatik dəstəyi bütün dünyaya göstərdi ki, Azərbaycan-Türkiyə birliyi, qardaşlığı sarsılmaz və əbədidir.

                                                                                                          Rasafil Bayramov

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə