Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Azərbaycan aviatorları yenidən qanvermə aksiyasında iştirak edirlər

Azərbaycanın milli aviadaşıyıcısı iyul ayının 14-də Bakıda növbəti dəfə könüllü qanvermə aksiyası keçirir. 

Yerli KİV-lər bildirir ki, aksiyada 300 nəfərdən çox Azərbaycan aviatoru iştirak edir.

Aviaşirkətin əməkdaşları talassemiyadan və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün qan verirlər.

Xatırladaq ki, aprel ayında Azərbaycan aviatorları Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlanan qanvermə aksiyasına qoşulmuşdular.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən karantin rejimi şəraitində aviatorlar qan bankının doldurulması aksiyasında iştirak edirlər.

Aksiya qanvermə zamanı donor və həkimlərin təhlükəsizliyinin təmin edilməsinə yönəldilən, qüvvədə olan əks-epidemioloji tədbirlərə müvafiq olaraq, xüsusi qrafik üzrə keçirilir.


Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə