Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Azərbaycan AVRO-2020-nin Bakıda keçirilməsinə razılıq verdi

AFFA AVRO-2020 ilə bağlı UEFA-ya təsdiq məktubu göndərib.

Xeberinmerkezi.az xəbər verir ki, AFFA AVRO-2020-nin dörd müvafiq oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını UEFA-ya bildirib.

Bununla bağlı əlavə müvafiq hüquqi sənədlər isə aprelin 30-dək UEFA-ya göndəriləcək.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda AVRO-2020-nin A qrupunun üç oyunu, 1/4 final mərhələsinin isə bir qarşılaşması keçiriləcək. A qrupunun Bakıda təşkil olunacaq oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları mübarizə aparacaq.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin bu il martın 17-də keçirilmiş iclasında COVID-19 pandemiyası ilə əlaqədar AVRO-2020 turnirinin 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib. 

Daha əvvəl Rumıniya (Buxarest), Danimarka (Kopenhagen), İrlandiya (Dublin), İngiltərə (London) və Almaniya (Münhen) futbol federasiyaları bu yarışı keçirmək niyyətlərinin dəyişmədiyini bildiriblər.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə