Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Azərbaycan futbol klublarında koronavirus testlərinə başlanıldı

Azərbaycan Premyer Liqasında çıxış edən klublar AFFA-nın futbolçu və məşqçilərin koronavirus testindən keçirilməsi barədə tövsiyəsinə müsbət cavab verib.

Xeberinmerkezi.az-ın məlumatına görə, Premyer Liqa təmsilçiləri Klublar Komitəsinin videokonfrans formatında iclasında bu məsələ ilə bağlı prosesə başladıqlarını və bunun davam etdiyini bildiriblər.

AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov testlərin keçirilməsi üçün bütün klublara AFFA tərəfindən maliyyə yardımı göstəriləcəyini və müvafiq vəsaitin mayın 15-də klubların hesabına köçürüləcəyini bildirib.

Qeyd edək ki, AFFA klublara futbolçu və məşqçi heyətinin müvafiq testdən keçirilməsini tövsiyə edib. Klublar çempionatın bərpası ilə bağlı razılığa gəlib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə