Azərbaycan gəncləri günü hərbi hissədə qeyd olundu
Gənclər və İdman Nazirliyi tərəfindən “2 fevral - Azərbaycan Gəncləri Günü” münasibəti ilə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində tədbir keçirildi. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir dövlət himninin canlı ifası ilə açıq elan olundu. Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov çıxış edərək şəxsi heyəti əlamətdar gün münasibəti ilə təbrik etdi, onlara tövsiyələrini bildirdi və xidmətdə uğurlar arzuladı.
Daha sonra hərbi hissə rəhbərliyinin təqdimatı əsasında xidmətdə fərqlənən əsgərlər mükafatlandırıldı. Asudə vaxtın səmərəli təşkilinə əlavə kömək məqsədi ilə hərbi hissəyə idman ləvazimatları hədiyyə edildi. Gənc istedadlı müğənnilərin iştirakı ilə təşkil edilmiş konsert proqramı əsgər və zabitlər tərəfindən maraqla izlənildi.
Azərbaycan gəncləri günü hərbi hissədə qeyd olundu
07 fevral, 2017 16:38
Gənclər və İdman Nazirliyi tərəfindən “2 fevral - Azərbaycan Gəncləri Günü” münasibəti ilə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində tədbir keçirildi.