Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Azərbaycan idmançısı Avropa çempionu oldu



Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Serbiyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Azərbaycan Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda türkiyəli rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, İmaməddin Xəlilov ötən il Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatında da birinci olmuşdu.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə