Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Azərbaycan iki ölkəyə başsağlığı verdi



Azərbaycanın Xarici İşlər Nazirliyi Əfqanıstana başsağlığı verib.

Xeberinmerkezi.az xəbər verir ki, bununla bağlı XİN-in X səhifəsindəki hesabında paylaşım edilib.

“Əfqanıstanda baş verən dağıdıcı daşqınlar bizi dərindən kədərləndirdi. Bu fəlakətdə həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk”, - paylaşımda bildirilib.

Bundan başqa, Azərbaycan Xarici İşlər Nazirliyi Braziliyaya da başsağlığı mesajı göndərib.

"Braziliyanın Rio-Qrande-du-Sul əyalətində daşqınlar nəticəsində yaranan dağıntılar və insan tələfatı bizi kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və bu fəlakətdən zərər çəkənlərə tezliklə şəfa diləyirik", - başsağlığı mesajında qeyd olunub.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə