Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Azərbaycan ordusunun bir kəndi 7 saniyəyə məhv edən silahı

Rusiyanın ən dəhşətli silahı - TOS-1A “Solntsepyok” ağır odsaçan sistemidir.

Virtualaz.org xəbər verir ki, belə qənaətə Çinin “Sina” nəşri gəlib.

Nəşr bildirir ki, hazırda başqa heç bir ölkənin bu silaha qarşı qoymağa vasitəsi yoxdur. Rusiyanın ağır odsaçan sistemi bir kəndi cəmi 7 saniyəyə məhv etmək imkanındadır.

Xatırladaq ki, Azərbaycan hələ bir neçə il əvvəl Rusiyadan TOS-1A “Solntsepyok” ağır odsaçan sistemlərini (iki divizyon-18 kompleks) əldə edib. Rusiya daha sonra bu silahı İraqa, Suriyaya və Ermənistana da verib.

Məqalədə deyilir ki, bu silah Rusiya ordusunun sərəncamına təxminən 10 il əvvəl verilib. Onu “odsaçan tank” adlandırsalar da əslində indiki dövlərin tankına bənzəmir. Baxmayaraq ki, T-90 tanklarının şassisi üzərində yığılıb.

Odsaçan sistemlərin ən erkən versiyası OT-1 sovet odsaçanları olub, daha sonra başqa ölkələr də belə silah yığmağa başlayıblar. ABŞ İvodzima döyüşü üçün məxsusi olaraq odsaçan tank işləyib hazırlayıb. Bundan əlavə Perl-Harbora hücum zamanı da amerikalılar tranşeylərdə ilişən yapon tanklarını məhv etmək üçün odsaçanlardan istifadə ediblər.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə