Azərbaycan şahmatçısı “Fajr Sabalan Cup”da liderlər qrupunda yer alır
Bakı, 31 yanvar, AZƏRTAC-a istinadla
İranda şahmat üzrə “Fajr Sabalan Cup” beynəlxalq turniri davam edir.
Xəbər verilir ki, turnirdə ölkəmizi təmsil edən Azər Mirzəyev dördüncü turda iranlı idmançı Ehsan Qaem Məqmi ilə qarşılaşıb. Görüş heç-heçə yekunlaşıb.
A.Mirzəyev və E.Məqami ilə yanaşı, hesabında 3,5 xal İspaniya təmsilçisi Oleq Korneyev turnir cədvəlində 1-3-cü pilləni bölüşürlər.