Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Azərbaycanda COVID-19-dan ölənlərin yaş göstəriciləri açıqlandı - RƏSMİ

“Azərbaycanda koronavirusa yoluxanlardan 50-59 yaş arasında olanlar üstünlük təşkil edir”.

Xeberinmerkezi.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, ikinci yerdə 30-39 yaş arasında olan xəstələr gəlir:

“Koronavirusa yoluxan xəstələrin 5 faizi 0-9 yaş arasında olanlar, 2 faizi isə 80 yaşdan yuxarı olan şəxslərdir. Yoluxanların 54 faizi qadınlar, 46 faizi isə kişilərdir”.

R.Bayramlı qeyd edib ki, koronavirusdan vəfat edənlər arasında əsasən, 60-69 yaş arasında olanlar üstünlük təşkil edib:

“Yalnız bir vəfat edən xəstə 40-49 yaş arasında olub. Həmin xəstədə qaraciyər serrozu olduğu üçün belə nəticələnib”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə