Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlandı

Bu gün son məlumatlara görə, Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb.  Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı belə deyib. Onun sözlərinə görə, həmin xəstələrdən 8-nin vəziyyət ağırdır, 11 orta ağır yerdə qalanların vəziyyəti sabitdir: "Bu, son rəqəm deyil, Gün ərzində rəqəm dəyişə, yəni arta bilər".

Nazirlər Kabineti yanında operativ qərargah növbəti brifinq keçirir.

Xeberinmerkezi.az xəbər verir ki, brifinqdə koronavirusla bağlı Azərbaycandakı son durum açıqlanır.

Tədbirdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov, TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva, Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin İdarəsinin rəisi Əziz Baqişev və Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli iştirak edir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə