Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Azərbaycanda deputatın rəis oğlu koronavirusa yoluxdu: İdarə karantinə alındı

Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi Elşad Məmmədov koronavirusa yoluxub.

Xeberinmerkezi.az-ın məlumata görə, rəis bir neçə gündür xəstəxanada müalicə alır.

Bildirilib ki, mərkəzin əməkdaşları karantinə alınıb.

Qeyd edək ki, Elşad Məmmədov Milli Məclisin deputatı Elman Məmmədovun oğludur. 

Deputat yerli KİV-ə açıqlamasında məlumatı təsdiq edib:

“Üç gündür COVID-19-a yoluxub. Hazırda xəstəxanada müalicəsini davam etdirir”.

Deputat qeyd edib ki, E.Məmmədovla birlikdə yaşamadıqları üçün analiz verməyiblər.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə