Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Azərbaycanda koronavirus ilə bağlı son statistika açıqlandı

Azərbaycanda koronavirus infeksiyasına 1 210 yeni yoluxma faktı qeydə alınıb, 3 851 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 782 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 757 892 nəfər müalicə olunaraq sağalıb, 9 358 nəfər vəfat edib. 15 498 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 978, bu günə qədər isə ümumilikdə 6 531 133 test icra olunub.


Ötən gün koronavirus əleyhinə 29 833 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 042, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 525, üç və daha çox doza vaksin vurduranların sayı 24 771, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 492 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 12 926 638, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 295 050, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 781 811, üç və daha çox doza vaksin vurduranların sayı 2 648 544, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 201 233 təşkil edir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə