Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Azərbaycanla birlikdə 12 ölkə Qələbə paradında iştirak üçün hərbçilərini göndərdi


“12 ölkənin hərbçiləri iyunun 24-də Moskvadakı Qırmızı meydanda keçiriləcək Qələbə paradında iştirak etmək üçün Rusiyaya gəlib”.

Bu barədə “Krasnaya Zvezda” qəzetinə müsahibəsində parada rəhbərlik edəcək Rusiya Federasiyasının Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukov bildirib.

Onun sözlərinə görə, artıq Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Çin, Moldova, Monqolustan, Serbiya, Tacikistan və Özbəkistan hərbçiləri paradda iştirak etmək üçün Rusiyaya gəlib.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar 9 may Qələbə Gününə həsr olunmuş ənənəvi paradın keçirilməsi təxirə salınıb. Rusiya Prezidenti Vladimir Putin paradın iyunun 24-də keçirilməsinə qərar verib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə