Türkiyəni təmsil edən həmyerlimiz Ramil Quliyev İngiltərədə keçirilən atletika üzrə dünya çempionatında final mərhələsində birinci yeri tutmaqla tarixi ilkə imza atıb.
O, dünya çempionatları tarixində kişilərin 200 metr məsafəyə qaçış yarışında qızıl medal qazanan ilk türk olub.
200 metr məsafəni 20,9 saniyəyə qət etməklə Trinidad və Tabaqo, eləcə də CAR-dan olan iki əsas rəqibini qabaqlayan Ramil əfsanəvi Usain Boltun 5 illik hegemonluğuna da son qoyub.
Qalibiyyətini Azərbaycan və Türkiyə bayraqları ilə qeyd etməsi əlavə sevinc gətirən faktordu.
Azərbaycanlı atlet tarixi ilkə imza atdı.