Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
Azərbaycanlı jurnalistin həbs görüntüləri yayıldı


Rusiya mətbuatı jurnalist və blogger kimi fəaliyyət göstərən Fuad Abbasovun həbs görüntülərini yayıb. Onun miqrasiya qanunvericiliyini pozduğu deyilir.

Xeberinmerkezi.az Unikal.org-a istinadən xəbər verir  ki, "Ren TV"-də yayılan görüntülərdə Fuadın əllərinə qandal vurulduğu, iki nəfər mülki geyimli şəxs tərəfindən polis avtomaşınına mindirildiyi nümayiş olunub.

Rusiya KİV-i F.Abbasovun Rusiyada milli zəmində münaqişələri qızışdırmaqda, millətlərarası dostluğu pozmaqda, ədavət yaratmaqda şübhəli bilindiyini yazıb. Həmçinin "Ren TV"-də qeyd olunub ki, Fuadın düşmənləri onun populizm və təxribatla məşğul olduğunu söyləyiblər.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə