Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Badamdarda sürüşmənin səbəbi açıqlandı - RƏSMİ


Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakının Səbail rayonu, Badamdar qəsəbəsində torpaq sürüşməsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli geoloji Kəşfiyat Xidmətinin qrup rəhbəri Rafiq Həsənov sürüşmə sahəsinə baxış keçirildiyini bildirib.

"Baxış zamanı məlum olub ki, yanvarın 28-də ərazidə baş verən sürüşmə nəticəsində axıb gəlmiş sürüşmə kütləsinin təbii amillərdən, əsasən də, son zamanlar atmofser yağıntılarının təsirindən yerinin dəyişməsi qeydə alınıb. Quruntun yerdəyişməsi sürüşmə prosesinin aktivləşməsi kimi qiymətləndirilməməlidir. Bu sadəcə olaraq dayanıqlığı pozulmuş suxur kütləsinin yerdəyişməsi kimi qiymətləndirilir", - o qeyd edib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə