Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Bakı-Sumqayıt qatarlarında yaranan problemin SƏBƏBİ bilindi

Bu gün səhər saatlarında Bakı-Sumqayıt-Bakı elektrik qatarlarından istifadə edən sərnişinlər gedişhaqqı kartlarının yüklənməsində problemlə üzləşiblər.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, buna səbəb elektrik enerjisində qısamüddətli kəsinti olub.

QSC-dən bildirilib ki, yaranan problem 5 dəqiqiə ərzində müvafiq qurumların əməkdaşları tərəfindən həll edilib.

Əlavə olunub ki, yaranmış fasilənin bilet satışı sistemlərində mövcud avadanlıqlarla heç bir əlaqəsi olmayıb:

"Avadanlıqlar həmişə saz vəziyyətdə saxlanılır".

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə