Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları 100-dən çox ailəyə ərzaq yardımı edib 

Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar tərəfindən aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardımlar edilib.

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlərin uğurla reallaşdırılmasında DGK da bütün səylərini səfərbər edib.

Bildirilib ki, koronavirus infeksiyası ilə mübarizə çərçivəsində aztəminatlı ailələrə yardım kampaniyasına Bakı Baş Gömrük İdarəsi də qoşulub.

Baş İdarənin əməkdaşları 100-dən çox ailəyə baş çəkərək, onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, profilaktik söhbətlər aparıb, evdə qalmağı tövsiyə ediblər.


Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə