Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Bakıda 70 yaşlı qadın 10-cu mərtəbədən yıxılıb öldü

Bakıda, Yeni Yasamalda yerləşən “Muray MTK”nın inşa etdiyi binaların birində yaşayan 70 yaşlı Fərqanə Səmədzadə yıxılaraq dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarından yerli KİV-ə verilən məlumata görə, Fərqanə Səmədzadə qızının binanın 10-cu mərtəbəsində yerləşən mənzilində qalırmış. Hadisə vaxtı onun qızı yatıbmış. O, yuxudan oyananda artıq anasının binanın həyətində ölmüş vəziyyətdə olduğunu görüb.

İlkin məlumata görə, axşam yatmamışdan öncə onlar arasında heç bir münaqişə olmayıb. Qadının yıxıldığı, yaxud intihar etdiyi istintaq zamanı müəyyən olunacaq. Hazırda onun meyiti müayinə olunması üçün morqa aparılıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə