Bakıda ağır qəza: ölən var
Paytaxtın Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, sentyabrın 3-də Qaradağ rayonunun Lökbatan qəsəbəsinin sakini Bilal Hüseynov idarə etdiyi “AzSamand” markalı avtomobili yolun kənarındakı reklam dirəyinə vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.